Məlahət Nəsibova - Oslo Azadlıq Forumu 2011

238 views · Published 29 June 2011 · 23:58 · Indexed 30 October 2026

Channel: Oslo Freedom Forum · 2011 · Nonprofits & Activism

Watch on YouTube

Azərbaycanlı jurnalist Məlahət Nəsibova sonradan Azərbaycanın digər hissələrində tətbiq edilməsi üçün repressiya metodlarının "sınaq laboratoriyası" adlandırdığı, ölkəsinin  Naxçıvan adlı bölgəsində insan hüquqlarının pozuntuları barədə məlumat verir.

 O, bölgədə jurnalistlərin susdurulması mexanizmləri və QHT-lərin hökumət tərəfindən qeydiyyatı zamanı yaradılan ağlasığmaz çətinliklərdən danışır. Demokratiyaya dəstək səyləri ilə əlaqədar şəxsən Nəsibovanın özü hücuma məruz galib, həyat yoldaşı isə iki il əvvəl oğurlanaraq, qanunsuz  mühakimə olunmuşdur.

 Nəsibovanın 2002-ci ildə təsis etdiyi Demokratiya və QHT-lərin İnkişafı Resurs Mərkəzi Naxçıvanda azad cəmiyyət qurulması və beynəlxalq ictimaiyyətin diqqətinin bölgədə baş verən pozuntulara yönəldilməsi üzrə fəaliyyətə başlamışdır.

Nəsibova bölgədə iqtisadi maraqları olan xarici şirkətləri ona demokratiyanı dəstəkləməkdə yardım etməyə çağırır. Nəsibova və digərlərinin cəsarətli səyləri ilə yanaşı, yalnız xarici təzyiqlər Naxçıvan hökumətini əsaslı dəyişikliklərə vadar edə bilər. 
 
Tvitterdə bizi izləyin - Twitter @OsloFreedomFrm Learn more about #OsloFreedomForum:
Website: https://oslofreedomforum.com
X (formerly known as Twitter): https://twitter.com/OsloFF
Instagram: https://www.instagram.com/osloff/

Join us in promoting freedom where it’s most at risk!
Donate today: https://hrf.org/?form=donate

More from this channel